"Futbol kişilər üçündü, klounlar üçün yox" - Neymara sərt sözlər

4 İyul 2018 10:47

Meksika yığmasının baş məşqçisi Xuan Karlos Osorio DÇ-2018-in 1/8 finalında Braziliya ilə keçirilən oyundan (0:2) sonra fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Osorio braziliyalı futbolçuların davranışlarından narazı qalıb.

Onun ad çəkməsə də, xüsusən də Neymarı hədəfə aldığı bəllidi:

"Biz topa nəzarət edirdik. Ancaq mənim düşüncəmə görə, bir futbolçu üçün bu qədər vaxt itirmək utancvericidi. Bir futbolçuya görə 4 dəqiqə vaxt itirirdik.

Futbol oynayan uşaqlar bundan nə nümunə götürsünlər? Futbol kişilər üçündü, klounlar üçün yox".

Braziliya 1/4 finalda Belçika ilə qarşılaşacaq.

Milli.Az