DÇ-2018: Rusiya yığmasının 2 futbolçusu zədəlidir

3 İyul 2018 18:30

Dünya çempionatında İspaniya yığması ilə 1/8 final matçında zədələnən Rusiya milli komandasının futbolçusu Yuri Jirkovun zədəsi ciddidir. 

Milli.Az report-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin baldır əzələsindəki vətərlərin birində iltihab aşkarlanıb. Futbolçunun zədəsinin nə vaxt bərpa olunacağı müəyyənləşməyib. 

Daha əvvəl milli komandanın baş məşqçisi Stanislav Çerçesov Jirkovun zədə səbəbindən dünya çempionatının digər matçlarında iştirak edə bilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, yığma DÇ-2018-in finalına vəsiqə qazana bilsə, Jirkovun meydana çıxma ehtimalı var.  

Daha bir futbolçu Aleksandr Səmədov isə məşqdə fərdi proqram əsasında çalışıb. Onun funksional durumuna baxıldıqdan sonra növbəti oyunda iştirakına qərar veriləcək. 

Qeyd edək ki, Rusiya yığması 1/8 final mərhələsində əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə İspaniyanı penaltilər seriyasında məğlub edib. Komanda 1/4 finalda Xorvatiya ilə qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.  

Milli.Az