Yaponiyalı futbolçu milli karyerasını başa vurdu

3 İyul 2018 20:24

Yaponiya yığmasının yarımmüdafiəçisi Keysuke Honda milli karyerasını başa vurduğunu açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu bunu Rusiyada təşkil olunmuş DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində Belçikaya uduzduqları oyundan (2:3) sonra bəyan edib.

32 yaşlı havbek hazırda Meksikanın Pachuca klubunun şərəfini qoruyur. Honda indiyə qədər millidə 97 oyun keçirib, 37 qola imza atıb.

Milli.Az