"İngiltərə azarkeşi olmaq üçün çox gözəl bir zamandır"

2 İyul 2018 18:06

İngiltərə millisinin sabiq kapitanı Ueyn Runi komandanın DÇ-2018-dəki perspektivi ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yığma tarixində indiyə qədər ən çox qol vuran oyunçu olan Runi Almaniya, Portuqaliya və Argentina kimi güclü komandaların vidalaşdığı çempionatda İngiltərənin daha çox şansı olduğunu bildirib:

"Bir çox böyük komandalar çempionatda mübarizəni dayandırdı, İngiltərə üçün o il bu il ola bilər. İngiltərə irəli gedə və çempion ola bilər. Çox enerjili və gənc komandamız var. Məhsuldar oyunlar oynayırlar. Oyunlarını izləmək həyəcan verir. Bu dünya çempionatı İngiltərə azarkeşi olmaq üçün çox gözəl bir zamandır".

Belçika ilə oyunda alınan məğlubiyyət haqqında da danışan Runi, o matçın əslində kimsənin qazanmaq istəmədiyi bir oyun olduğunu, həmin qarşılaşmada uduzmağın İngiltərənin çempionatda irəliləmə şansını daha da yüksəldə biləcəyini deyib.

Milli.Az