«Çelsi» Van Bastenə tapşırılır?
1 Aprel 2010 17:05
Avropa mətbuatında mövsümün sonunda onun "Çelsi"dən göndəriləcəyinə dair xəbərlərin ardı kəsilmir. Son məlumatlara görə, Çempionlar Liqasının ikinci turunda yarışdan kənarda qalmış "zadəganlar"ın rəhbərliyi bunu Ançelottiyə bağışlaya bilmir və yeni mövsümə yeni məşqçi ilə başlamağı planlaşdırır.
Məlumata görə, hollandiyalı mütəxəssis Van Basten "zadəganlar"a rəhbərlik etmək üçün əsas namizəd sayılır.
Milli.Az