Şalvarı dizinə düşən müğənni qovuldu

3 Sentyabr 2011 14:04
"Green Day" qrupunun solisti, məşhur müğənni Co Armstronq "Southwest Airlines" aviaşirkətinin təyyarəsindən düşürülüb. Milli.Az xəbər portalı ABC7-yə istinadən bildirir ki, səbəb müğənninin şalvarının beldən aşağı olması idi.

Armstronq hadisə barədə mikrobloqunda yazıb, ABC7 telekanalının həmin reyslə uçan prodüseri isə hadisənin təfərrüatlarını bildirib.

ABŞ-ın Oklend şəhərindən Berbanka uçan reysə sərnişinlər minən zaman müğənniyə stüardessalardan biri yaxınlaşıb və şalvarını yuxarı çəkməsini istəyib. Arsmtronqun "sizin belə şeylərə fikir verməkdən başqa işiniz yoxdur?" deməsindən sonra stüardessa bildirib ki, o, təyyarədən düşürülə bilər.
Armstronq kobud cavab verib və təyyarədən çıxarılıb.

"Southwest Airlines" aviaşirkəti Armstronqun "Twitter"dəki yazısına cavab verərək ondan üzr istəyib.
Musiqiçi üzrxahlığı qəbul edib və münaqişəyə son qoyulduğunu yazıb.

Milli.Az