İlhamə Quliyevanın adını daşıyan mərkəzin açılışının vaxtı məlum oldu
1 Aprel 2010 16:42
Müğənninin mətbuat katibi Faiq Ələkbərlinin Milli.Az xəbər portalına verdiyi eksklüziv xəbərə görə, mərkəzin açılışı aprelin 4-də baş tutacaq. Xalq artisti səfərini bir qədər öncəyə çəkərək orada aparılan tamamla işləri ilə yaxından tanış olur.
Söhbət əsnasında öyrəndik ki, Mədəniyyət Mərkəzi dövlət qeydiyyatından keçib. Mərkəzin açılışını Türkiyənin bir neçə dövlət kanalı və buradan gedəcək bir neçə yerli kanallar işıqlandıracaqlar. Eyni zamanda tədbirdə hər iki ölkədən olan dövlət adamları və tananmış simalar iştirak edəcəklər.
Xatırladaq ki, fevral ayının sonlarına nəzərdə tutulan tədbir müəyyən səbəblərdən təxirə düşmüşdü.
Xədicə
Milli.Az