Dirilərlə bacarmayıb ölünün məzarını soydular

29 İyun 2018 13:47

Qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

İyunun 28-də Ağcabədi Rayon Polis Şöbəsinə Xocavənd kənd qəbiristanlığındakı qəbirlərin birinin ətrafına quraşdırılmış alüminumdan olan bəzək əşyalarının oğurlandığı barədə müraciət daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının "isti izlər"lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elgün Süleymanov və Ağdam rayon sakini Saday Mehdiyev saxlanılıblar.  

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az