Almaniya Hərbi-Dəniz Qüvvələrinin "Saxony" hərbi gəmisi Norveç sahillərinin yaxınlığında təhlükəli insident yaşayıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, təlimlər zamanı gəmidən havaya ABŞ istehsalı olan SM-2 raketi buraxılıb. Raket buraxılan kimi alışıb, sonra partlayıb.
Partlayış nəticəsində iki dənizçi xəsarət alıb. Freqata isə ciddi ziyan dəyib. Almaniya HDQ-nin yaydığı açıqlamaya görə, insidentdən əvvəl yoxlanmış raketin texniki vəziyyəti az qala ideal imiş.
Gəmidəki spinkler sistemi dərhal işə düşüb və yanğın söndürülüb. Freqat Almaniyanın Vilgelmshafen limanına qayıdıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: