76 gündür axtarılan yaşlı kişinin cəsədi görənləri TƏƏCCÜBLƏNDİRDİ - FOTO

27 İyun 2018 19:46

Antalyada aprelin 14-ü evindən çıxdıqdan sonra bir daha geri qayıtmayan 75 yaşlı Hasan Karagözün cəsədi 76 gün sonra Alara çayında tapılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, balıq ovlayan 2 gənc tərəfindən cəsədi tapılan Hasan Karagözün bədəninin parçalanmaması, qolundakı saatının isə hələ də işləməsi görənləri təəccübləndirib. 

Mərhumun bacısının da 61 il öncə itdiyi və 6 ay sonra eyni çaydan meyitinin tapıldığı məlum olub.

Məhəmməd Vaqif

Milli.Az