Misir Futbol Federasiyası milli komandanın baş məşqçisi Ektor Kuperlə yollarını ayırıb.
Milli.Az report-a istinadən xəbər verir ki, qurum 63 yaşlı mütəxəssisin başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Misir DÇ-2018-də A qrupundakı hər 3 oyunda məğlub olaraq mundialı xalsız başa vurub. Komanda 28 il sonra dünya çempionatında iştirak edib.
Milli.Az