ADNA-dakı qanlı hadisə ilə bağlı məhkəmənin başlanma vaxtı açıqlandı

1 Aprel 2010 15:25
Ağılr Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən Milli.Az xəbər portalına verilən məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 12-nə təyin olunub. Cinayət işinə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılacaq.

Cinayət işi üzrə 4 nəfər təqsirləndirilir. Cavidan Amirova Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3  (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Nadir Əliyev və Nəcəf Süleymanova CM-nin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4  və 228.3-cü maddələri ilə, Ariz Qabulova isə CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinə onun barəsində olan hissəsinə xitam verilib.

Qanlı hadisə 2009-cu il aprelin 30-da baş verib. F.Qədirov ADNA-nın ikinci korpusuna daxil olaraq inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açmaq nəticəsində 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonra isə özünü vurub.

Anar Məmmədov
Milli.Az