Ən ideal qol "şişirtmə" proqramı - FOTO

27 İyun 2018 10:56

Milli.Az Muscle boost Baku-ya istinadla ən ideal qol əzələsi böyütmə proqramını təqdim edir:

Qeyd: Qısa zamanda yaxşı nəticə əldə etmək üçün hərəkətlərin ardıcıllığını təkrar və set saylarını pozmayın. Çəkini təkrar və set saylarını pozmayacaq hala uyğunlaşdırın.

1. Alternating bicep curl (oturaq vəziyyətdə qantellə ön qol hərəkəti) - 4x10

(son iki setdə çəkini azaldın)

2. Overhead db triceps extension (Oturaq vəziyyətdə baş üzərindən qantellə arxa qol hərəkəti) - 4x10 

(son iki setdə çəkini azaldın)

3. Straight bar cable curl (Ayaqüstə kabel ilə ön qol hərəkəti) - 4x10

(sonuncu setdə çəkini azaldın)

4. Rope tricep pushdown (Ayaqüstə kəndirlə arxa qol hərəkəti) - 4x15

5. Bicep curl (Oturaq vəziyyətdə ön qol hərəkəti) - 4x8

Qeyd: qolların hərəkəti zaman qantelin istiqaməti dəyişilmir

6. Single arm lying tricep extension (Uzanaraq tək qolla trayseps hərəkəti)

- 4x10

7. Kneeling straight bar cable curl (Dizüstə çökərək kabel ilə ön qol hərəkəti) - 4x10

8. Overhead rope tricep extension (Ayaqüstə baş üzərindən kəndirlə qol arxası hərəkəti) - 4x15

Bəxtiyar Umarlı
Milli.Az