Özünü yeyən və yaradan qalaktika aşkarlandı - FOTO

30 Avqust 2018 13:44

Astronomlar Yerdən 12,4 milyard il uzaqlıqda yeni qalaktika aşkarlayıblar.

"Monstr" qalaktikadakı ulduz sisteminə səpələnmiş qeyri-stabil molekullar buludlarında yeni səma cisimləri, planetlər yaranır.

Belə qalaktikalar elliptik qalaktikaların sələfləridir.

Milli.Az Nature-a istinadən bildirir ki, bu qalaktikanın tədqiqatı ulduz topalarının, o cümlədən Süd Yolunun, yəni qalaktikamızın formalaşmasını anlamağa yardım edəcək.

"COSMOS-AzTEC-1" adlanan qalaktika qismən illər əvvəl qeydə alınsa da, alimlər bu qalaktikadakı prosesləri indiyədək araşdıra bilmirdilər.

Yeni qalaktikada "ulduz beşikləri" adlanan molekullar da aşkarlanıb. Bu molekullar yeni kosmik cisimlərin yarandığı sıx qaz topalarıdır.

Yaponiyanın Milli Kosmik Rəsədxanası (National Astronomical Observatory of Japan) və Massaçusets Universitetinin alimləri Çilidəki ALMA rəsədxanası (Atacama Large Millimeter Array Observatory) vasitəsilə "COSMOS-AzTEC-1"i tədqiq etməyə davam edirlər.

Bu qalaktika ilk dəfə Havay adalarındakı "James Clerk Maxwell Telescope" vasitəsilə aşkarlanmışdı.

Milli.Az