Azərbaycan Prezidenti San-Marinonun Kapitan-Regentlərini təbrik edib
2 Sentyabr 2011 18:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Mariya Luiza Berti və Filippo Tamaniniyə təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Təbrikdə deyilir: "Milli bayramınız - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə San-Marino arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, San-Marinonun dost xalqına sülh və rifah arzulayıram".
Milli.Az