Günün yuxuyozması
5 Sentyabr 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Çay içmək - Röyada çay içmək - iş və mənəvi həyatınız üçün xeyrə yozulur; işinizdə uğurlu, sevgidə xoşbəxt olacaqsınız deməkdir. Qonaqlara çay vermək - yaxın vaxtlarda xoş xəbərlər alacaqsınız. Çayı tökmək və ya çay dolu fincanı devirmək - mühüm əhəmiyyət kəsb edən planların gerçəkləşəcəyini göstərir.
Əl - Röyada gözəl əllər görmək - sənətin bir sahəsində uğur qazanacaqsınız. Qüvvətli və qüdrətli əllər - siyasətdə, idmanda, sənaye sahəsində uğurlar qazanacaq və böyük mövqelərə yüksələcəksiniz. Röyada görülən əllər röya sahibini qınayırsa, günahlandırırsa, o, bir müddət öncə xətrinə dəymiş olduğu həqiqi bir dostuyla dil tapmalı, barışmalıdır.
İdarə (iş yeri) - Bir idarəni, müəssisəni, dəftərxananı, ümumiyyətlə iş yerini yuxuda görmək - yaxşı bir iş təklifi alacaqsınız.
Karamel - Röyada bir qutu karamel almaq - qadın üçün özündən xeyli yaşlı bir kişi tərəfindən seviləcəyinə; kişi üçün isə maddi vəziyyətinin düzələcəyinə işarədir. Karamel yemək - evinizdə və ya işinizdə kəsgin problemlə qarşılaşacağınızı göstərir. Karamel hazırlamaq - başınızdan dadlı bir eşq macərası keçəcəkdir.
Hamiləlik - Yuxuda özünün və ya başqasının hamilə olduğunu görən qadın günah iş tutacaq. Qız xeylağı belə yuxu görərsə, haqqında dedi-qodular çıxacaq. Yuxuda doğmaq - günahlardan və hər cür pisliklərdən sıyrılıb təmizlənməyə yozulur.
Milli.Az