Teleaparıcı "cadugərlik" etdiyi üçün edam olunacaq

1 Aprel 2010 14:33
BBC-nin məlumatına görə, Əli Sabat adlı teleaparıcının vəkilləri kömək üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Vəkillər edamın artıq bu həftə həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirərək, dünyanı məsələyə "mümkün qədər tez" müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, teleaparıcı livanlıdır və vətənində o, televiziya vasitəsi ilə tamaşaçılara "gələcəkdən xəbər verirmiş". Dini xadim kimi Səudiyyə Ərəbistanına səfər edəndə isə onun fəaliyyəti cadugərlik kimi kiymətləndirilib və Sabat həbs olunub. Dindirmə zamanı ona ittihamları qəbul edəcəyi təqdirdə, vətəninə təhvil veriləcəyi söylənilib. Lakin Sabatın etirafı onun barəsində ölüm hökmünün çıxarılmasına səbəb olub.

Milli.Az