“Azerspace”in tikintisi üçün kredit müqaviləsi imzalanıb

2 Sentyabr 2011 16:49
Azərbaycan ABŞ-ın "US Ex-Im" və Fransanın "BNP Paribas" bankları ilə Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace"in tikintisi üçün kredit müqaviləsi imzalayıb. Bu barədə Trend-ə layihəyə yaxın mənbə bildirib. Peyk 2012-ci ilin sonunadək buraxılacaq.

116,6 milyon dollarlıq kredit Azərbaycana "US Ex-Im" tərəfindən "BNP Paribas"dan alınmış vəsait hesabına ayrılacaq.

"Azerspace" peykinin tikintisinin qiyməti 120 milyon dollardır, bunun 85 faizi Azərbaycan tərəfinə US Ex-Im tərəfindən kredit kimi təqdim olunacaq, qalan 15 faiz isə dövlət büdcəsindən ödəniləcək.

Kredit 10 il müddətinə ayrılacaq və iki il ərzində mənimsəniləcək.

"Azerspace"in istehsalçısı ABŞ-ın "Orbital Sciences Corporation" şirkətidir. Peyk Malayziyanın peyk operatoru "MEASAT" şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu dairəsində yerləşəcək. Peykin orbitə yerləşdirilməsi ilə Fransanın "Arianspace" şirkəti məşğul olacaq.

Milli.Az