Türkiyə polisi narkotacirlərə qarşı əməliyyata başladı

12 İyul 2018 11:00

Türkiyə polisi Ankarada narkotacirlərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu əməliyyatlara təxminən 5 min polisin cəlb edildiyi bildirilir.

Əməliyyatlar daha öncədən müəyyən edilmiş 200 ünvanda keçirilir.

Qeyd edək ki, son 2 ayda narkotacirlərə qarşı əməliyyatlar çərçivəsində 3823 nəfər saxlanılıb ki, onların arasında xarici vətəndaşların da olduğu bildirilir.

Milli.Az