Türk əsgərləri beş terrorçunu məhv edib
1 Aprel 2010 14:15
Türk ordusu terrorçuların atəşinə cavab olaraq, bölgədə əməliyyatlara başlayıb. Milli.Az xəbər portalı "CNN Türk"-ə istinadən xəbər verir ki, helikopterlərin də cəlb olunduğu əməliyyat bu dəqiqələrədək davam edir.
"Habertürk"-ün məlumatına görə, Türkiyə əsgərləri 5 terrorçunu məhv edib.
Qeyd edək ki, əməliyyatların aparıldığı ərazidə üç gün əvvəl mina partlaması nəticəsində 3 hərbçi şəhid olmuş, 2 əsgər isə yaralanmışdı.
Milli.Az