Toya gələn kişi azyaşlı qızı zorladı, başını daşla əzib öldürdü - VIDEO - FOTO

23 İyun 2018 09:49

Toya gələn kişi dondurma almaq bəhanəsi ilə 6 yaşlı qızın başını aldadaraq onu restorandan çıxardıb, təcavüz edib, sümüklərini sındırıb, sonra da qətlə yetirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Morena adlı qızın toydan çıxarılma anı təhlükəsizlik kamerasına düşüb.

Hadisə Hindistanın Madhya Pradesh əyalətindəki Qvalior şəhərində, axşam saat 12-yə qalmış baş verib.

Qızlarının yoxa çıxdığını görən valideynlər polisə xəbər veriblər. Polis azyaşlı qızın cəsədini tapıb. Polislərin verdiyi məlumata görə cinayətkar qızın başını daşla əzərək öldürüb.

Hələlik cinayətlə bağlı saxlanılan yoxdur.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Toya gələn kişi azyaşlı qızı zorladı, başını daşla əzib öldürdü