Türkiyədə ildırım sürünü vurdu, 106 keçi öldü - FOTO

22 İyun 2018 12:49

Türkiyənin Manisa vilayətində ildırım keçi sürüsünü vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ümumilikdə sürüdə olan 106 keçi məhv olub.

Bildirilir ki, hadisə çobanın sürüdən uzaqda olduğu zaman baş verib.

Hadisə haqda məlumat verən çoban bildirib ki, ildırımın səsini eşitməyib, geri qayıtdıqda isə keçi sürüsünün tələf olduğunu görüb.

Milli.Az