Bakıda saxta tələbə bileti satan şəxsin əməli ifşa olundu

2 Sentyabr 2011 13:20
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, saxta tələbə bileti satmaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq İbrahimov cinayət əməlini 2008-ci ilin avqust ayının 18-də törədib.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, o, Balakən rayon sakini Günay Şindiyevanın etimadını qazanaraq ondan 6000 manat alıb və əvəzində ona saxta tələbə bileti verib. Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az