64 yaşlı kişi nərdivana çıxdı və... gözlərini xəstəxanada açdı

21 İyun 2018 20:36

Tovuzda yaşlı kişi yıxılaraq xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Əlimərdanlı kəndində baş verib.

1954-cü il təvəllüdlü Hüseynov Təvəkkül Əsəd oğlu yaşadığı evin həyətində iş görərkən nərdivandan yıxılıb.

Hadisə nəticəsində T.Hüseynovun ayağı sınıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az