Türkiyə hərbçiləri Azərbaycanda - FOTO

20 İyun 2018 19:17

Bayram tədbirlərində iştirak edəcək Türkiyə hərbi qulluqçuları Azərbaycana gəlib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin 100 nəfərədək hərbi qulluqçusu ölkəmizə səfərə gəlib.

Milli.Az