Qaradağda qəza, Bakıya giriş bağlandı - YENİLƏNİB - VİDEO - FOTO

20 İyun 2018 20:19

20:19

Bakı-Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, "Qaradağ Sement" ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.

Qəza nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.

----------

18:00

Bakıda yük maşını aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda sement daşıyan yük maşını idarəetməni itirərək aşıb, nəticədə yük maşınında olan sement yola dağılıb.

Xəsarət alan yoxdur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qaradağda yük maşını aşıb