Canlı yayımda Mətanətlə Zaur arasında GƏRGİN ANLAR - Sənə kim dedi gəldin? - VİDEO

20 İyun 2018 17:40

Ötən gün "5/5"in efirinin qonaqları sırasında olan Manaf Ağayevə aparıcı Zaur Kamal "sürpriz" edib.

Milli.Az xəbər verir ki, aparıcı Manafa ayrı fəaliyyət göstərməyə başlayan duet ortağı Sevil İsgəndərlini də verilişə qonaq qismində dəvət etdiyini deyib.

Müğənni Zaurun sözlərinə etiraz etməyib. Həmin an studiyada Sevilin mahnısı səsləndirilib və studiyaya Mətanət Əsədova daxil olub.

Mətanət Zaura başqa müğənninin mahnısının səsləndirildiyi üçün yüksək səslə irad tutub.

Aparıcı xanım müğənnini efirə gecikdiyinə görə tənqid edib.

Canlı yayımda Mətanətlə Zaurun söz davası videoda:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı yayımda Mətanətlə Zaur arasında dava