"Beylin "Mançester Yunayted'ə keçidi ideal olardı"

20 İyun 2018 23:54

Xulen Lopeteginin Real Madrid-ə baş məşqçi seçilməsi komandanin bəzi üzvlərini narahat edib. 

Məsələn, Qaret Beyl komandadan ayrılacağını, burada qala bilməyəcəyini düşünür. Təcrübəli futbolçunu əldə etmək istəyən klubların sayı az deyil. Bəzi mətbuat orqanları xeyli müddətdir ki, Qaret Beylin adını Manchester United klubu ilə birgə hallandırırlar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun və Uels yığmasının keçmiş futbolçusu Rayan Qiqqz də hesab edir ki, Beylin Mançester klubuna keçidi ideal olardı. "Mənə elə gəlir ki, Qaret Beyl "Mançester Yunayted" komandasında əla oyun nümayiş etdirə bilər. Fanatlar ona hörmətlə yanaşacaqlar. Real klubu ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olub. Qaret Beyl belə bir klubdan ayrılarmı? Onu deyə bilmərəm. Bircə onu bilirəm ki, bu futbolçunu Manchester United-də görmək məni çox sevindirərdi".

Xatırladaq ki, Beyl hazırda çıxış etdiyi Real klubuna 2013-cü ildə "Tottenhem"-dən keçib. Onun transferi 96 milyon avroya başa gəlib.

Milli.Az