İngilislər Azərbaycan futboluna qiymət verdilər - 6:0 - YENİLƏNİB - VİDEO
2 Sentyabr 2011 10:26
09:20
Azerisport.az xəbər verir ki, dünən Azərbaycan millisi AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Futbolçularımızın ilk rəqibi isə qrupumuzun favoriti - İngiltərə yığması idi. Uotforddakı "Vikarec Road" stadionunda keçirilən görüşdə yığmamızın sürprizə imza atacağını onsuz da heç kim gözləmirdi. Xorvatiyadan olan Domaqoy Vuçkovun idarə etdiyi görüşdə yalnız minimal hesabla uduzmağa ümid edə bilərdik.
Amma Stüart Pirsin yetirmələri yığmamıza düz 6 cavabsız qol vurdular. Beləcə, Azərbaycan U-21-i seçmə mərhələyə biabırçı yenilgi ilə başlamış oldu. Komandamız növbəti oyununu sentyabrın 6-da səfərdə Belçikaya qarşı keçirəcək.
İNGİLTƏRƏ: 1. Cek Batlend, 2. Conatan Flenaqan, 3. Metyu Briqqs, 4. Cek Roduell, 5. Stiven Kolker, 6. Kreyq Douson, 7. Aleks Oksleyd-Çemberlen, 8. Cordan Henderson (k), 9. Konnor Uikhem, 10. Henri Lensberi, 11. Netan Delfaunso. Ehtiyat oyunçular: 13. Ben Emos, 12. Co Bennet, 14. Andre Uinsdom, 15. Ross Barkli, 16. Conco Şelvi, 17. Marvin Sordell, 18. Martin Ueqhorn. Baş məşqçi: Stüart Pirs.
AZƏRBAYCAN: 12. Osman Umarov, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 4. Bədavi Hüseynov, 5. Novruz Məmmədov, 6. Mirhüseyn Seyidov, 7. Araz Abdullayev, 9. Orxan Həsənov, 10. Eşqin Quliyev, 15. Amit Quluzadə, 19. Cihan Özkara. Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 8. Emin Mustafayev, 11. Kamil Nurəhmədov, 13. Mixail Zaytsev, 20. Hacı Əhmədov, 21. Cavid İmamverdiyev, 23. Tural İsgəndərov. Baş məşqçi: Bernard Lippert.
Komandalar meydana çıxdılar Hər iki ölkənin dövlət himnləri səslənir Oyun başladı. Millimizə uğurlar arzulayırıq! 1. Yığmamız oyuna başlayan tərəf oldu 1. Elə ilk dəqiqədə meydan sahibləri təhlükəli hücum qursa da, Hendersonun zərbəsi azacıq yan keçir. 5. Korner zamanı Douson başla dəqiq oynayaraq hesabı açır - 1:0. 8. İngilislər qoldan sonra da topu özlərində saxlamağa çalışırlar. 10. Meydan sahiblərinin növbəti təhlükəli hücumu qeyri-dəqiq zərbə ilə tamamlanır. 11. Komandamızın ilk hücumunu müdafiəçilər zərərsizləşdirirlər. 12. Delfaunsonun zərbəsi kornerə çıxır. 13. Korner zamanı yenə Douson fərqlənməyə yaxın olsa da, bu dəfə dəqiq olmur. 16. İngilislərin sürətli hücumu nəticəsiz qalır. 19. Amit Quluzadə rəqibini əllə saxladığı üçün sarı vərəqə ilə cəzalanır. 21. Sol cinahla hücum quran ingilislərin cərimə meydançamıza asması zamanı sanki tək olan Lensberi heç bir maneəyə rast gəlmədən akrobatik zərbə ilə fərqi artırır - 2:0. 24. Amit rəqibinə qarşı çox kobud oynasa da, hakim onu bağışlayır. 26. Millimizin yerinə yetirdiyi cərimə zərbəsini meydan sahibləri kornerə çıxarırlar. 27. Künc zərbəsindən heç nə alınmır. 30. İngilislərin hücumu zamanı azarkeşlər yerdə qalan futbolçuya görə penalti tələb etsələr də, daha çox simulyasiya vardı. 32. Eşqin Quliyevin qapıya doğru zərbəsi çox aralı keçir. 33. Çemberlenin zərbəsində azacıq dəqiqlik çatışmır. 34. Umarov çıxışda inamlı oynayaraq qola imkan vermir. 38. İngilislər millimizi təzyiqdə saxlamağa davam edirlər. Lakin zərbələri dəqiq alınmır. Komandamız isə meydanın rəqibə aid hissəsinə keçməkdə, top saxlamaqda çətinlik çəkir. 40. Oyunun tempi hissənin sonlarında bir qədər aşağı düşüb. 45. Henderson cərimə meydançası həndəvərindən dəqiq zərbə ilə daha bir qol vurur - 3:0. 45. İlk yarıya 1 dəqiqə əlavə olunur. Birinci hissə başa çatdı.
İkinci hissə başladı. 46. Lippert ilk yarıda daha çox kobud oyunla yadda qalan Amitin əvəzində meydana Cavid İmamverdiyevi buraxır. 46. Səlahət Ağayev meydan sahiblərinin hücumu zamanı topu tutur. 48. Komandamız ikinci hissəyə hücumlarla başlayıb. Özkara qapıçı ilə üz-üzə qalsa da, zərbəsini qapıçı tutur. 52. İmamverdiyevin uzaqdan zərbəsi dəqiq olmur. 55. Flanaqan Qara Qarayevi cinahla irəliləyərkən yıxdığına görə sarı vərəqə alır. 56. Millimizin cərimə zərbəsi zamanı Özkara topu başla tora qovuşdurmaq istəsə sə, qapıçı əla reaksiya ilə buna imkan vermir. 57. Futbolçularımız fasilədən sonra tam fərqli oyun sərgiləyirlər. Maraqlıdır, bunu ilk yarıda da etmək olmazdımı? 60. Briqqsin uzaqdan qüvvətli zərbəsini Ağayev qaytara bilir. 66. İngilislərin çox təhlükəli hücumu zamanı sadəcə bəxtimiz gətirir. 68. Millimizin təhlükəli hücumunu İmamverdiyev qeyri-dəqiq zərbə ilə tamamlayır. 69. Stüart Pirs birdən-birə iki əvəzləməyə əl atır: Delfaunsonun əvəzində meydana Sordell, Uikhemin əvəzində isə Uekhorn çıxır. 72. Sordell qapıçımızla üz-üzə qalsa da, zərbəsi azacıq yan keçir. 73. Amma az sonra cərimə meydançamızda yaranan qarışıqlıq zamanı Lensberi özünün ikinci, komandasının dördüncü qolunu vurur - 4:0. 75. Oyuna fəal qoşulan Sordell daha bir qol imkanını əldən verir. 76. Millimizdə Orxan Həsənov yerini Tural İsgəndərova verir. 77. İngilislərin künc zərbəsi təhlükəli, amma qeyri-dəqiq zərbə ilə tamamlanır. 79. Çemberlen yerini Şelviyə buraxır. 79. Ueqhornun uzaqdan zərbəsi xeyli irəli çıxan Səlahətin səhvi nəticəsində qapımıza daxil olur - 5:0. 85. Şelvi sarı vərəqə ilə cəzalanır. 88. Eşqin Quliyevin əvəzində meydana Emin Mustafayev çıxır. 89. Növbəti künc zərbəsi və Duosonun başla növbəti qolu - 6:0. 90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur. Oyun başa çatdı.