Bakıda «Best of the best» seçiləcək
1 Aprel 2010 12:45
Bu barədə Milli.Az xəbər portalına layihənin müəllifi Nail Naiboğlu məlumat verib. Onun bildirdiyinə görə, 2 ildir ki, bu mükafat hər il təqdim olunur. İlk dəfə bu mükafat xalq artisti Ilhamə Quliyevaya - "Primadonna" nominasiyasi üzrə - verilib.
Öyrəndik ki, öncələr bu nominasiya ancaq şou-biznesin simalarına verilirdi. Kecən ildən isə bütün sahələrdə olan yaxşıların yaxşısı mükafatlandırılıb.
"Bu il təqdimat mərasimi daha möhtəşəm olacaq və 30 nominasiya üzrə ən yaxşılar seçiləcək. Iştirak etmək istəyənlər aprelin 5-dək işlərini təşkilat komitəsinə təqdim edə bilərlər. Təqdimat zamanı salonda ötən illərin qaliblərindən ibarət ekspertlər də olacaq. Nominasiyalar arasında iş adamları, tibb və təhsil işçiləri, şirkətlər, şou-biznes ulduzları, xalq və klassik musiqi ifaçıları, bəstəkar və şairlər, rəssamlar, stilistlər, modelyerlər, KİV nümayəndələri, millət vəkilləri, nazirliklər və dövlət idarə və qurumları, hətta ekstrasenslər də iştirak edeceklər" - deyən Nail Naiboğlu bildirdi ki, təqdimat mərasimində həmçinin türkiyənin məşhur müğənnisi Orhan Ölməz də qonaq kimi iştirak edəcək.
Xədicə
Milli.Az