“Dayanmaq olmaz, irəli getmək lazımdı” - Denis Çerışev

14 İyun 2018 23:51

"Şadam ki qələbə qazandıq. Çox sevinirəm ki, komandama kömək edə bildiim".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu dünya çempionatının Səudiyyə Ərəbistanı ilə keçirilən açılış oyunundan sonrakı mətbuat konfransında Rusiya millisinin üzvü Denis Çerışev deyib.

FİFA tərəfindən mundialın ilk qarşılaşmasının ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçi əsas diqqəti bundan sonrakı oyunlara yönəltməyin vacib olduğunu bildirib: "Dayanmaq olmaz. İrəli getmək lazımdı".

Qeyd edək ki, Rusiya yığmasının Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə məğlub etdiyi görüşdə Çerışev dubla imza atıb.

Milli.Az