Cəlilabadda piyadanı maşın vurub

14 İyun 2018 22:46

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun 1963-cü il təvəllüdlü Gülməmmədli kənd sakini Nəzərov Əlizadə Lələxan oğlu minik avtomobili tərəfindən vurulub.

Yaralı dərhal müxtəlif xəsarətlərlə sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az