Məşhur model etiraf etdi: “Kökəlib şar kimi şişmişəm” - FOTO

14 İyun 2018 21:28

İngiltərəli aktrisa və model Kelli Bruk qatıldığı verilişlərdən birində maraqlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Kelli 3 ildir birlikdə olduğu sevgilisi Ceremi Parisi ilə tanış olduqdan sonra kökəlməyə başladığını söyləyib:

"Cereminin anası və nənəsi gözəl yeməklər bişirirlər. Bir dəfə onlara qonaq getdim, süfrələrini görüb "Aman, Allah" dedim. Yeməyə makarondan başladım. Sonra da ardınca nələr yediyimi sadalamasam yaxşıdır. Onlarla tez-tez görüşürük və dadlı yeməklər yeyirik. Kökəlib şar kimi şişmişəm".

Qeyd edək ki, 38 yaşlı model son zamanlar paylaşdığı fotolarda fotoşopdan istifadə etməsi ilə seçilirdi.

Milli.Az