Türkiyədə AKP üzvlərinə hücum: ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB - FOTO

15 İyun 2018 10:33

15.06.2018
10:33

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, hadisə nəticəsində, ümumilikdə, 13 nəfər yaralanıb, onlardan 4-ü yerləşdirildiyi xəstəxanada həyatını itirib. Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Ötən gün PKK-HDP terror təşkilatı millət vəkilimizin qardaşını hədəf alaraq öldürdü, ailədən bir neçə nəfəri də yaraladı. Ancaq millətimizin hüzurunu qaçırmağa heç kimin haqqı yoxdur". 

----------------
14.06.2018
23:56

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili İbrahim Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.

İnsident nəticəsində 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə Xalqların Demokratik Partiyasının (HDP) üzvləri olduğu ehtimal edilən şəxslər arasında əvvəlcə mübahisə yaranıb. Sonra həmin şəxslər odlu silah, bıçaq və dəyənəklərlə hakim partiya üzvlərinə hücum edib.

Hücum nəticəsində İbrahim Halil Yıldızın qardaşı Mehmet Ali Yıldız və daha 2 nəfər dünyasını dəyişib. Aralarında deputatın dörd yaxınının da olduğu 9 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Türkiyənin baş naziri Binəli Yıldırım hücumun PKK tərəfdarları tərəfindən törədildiyini təsdiqləyən faktlar olduğunu bildirib

20:43

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə hücum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.

Silahlı insident nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Naməlum şəxslər odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı, lakin ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az