Kiyevdə partlayış: azyaşlılar yaralanıb

14 İyun 2018 20:08

Kiyevdə uzun müddət duracaqda olan avtomobil partlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, insident Çernobılskaya küçəsində baş verib.

Hadisə nəticəsində dörd azyaşlı uşağın yaralandığı bildirilir. 5-11 yaşlarında olan uşaqlardan ikisi xəstəxanada ağır vəziyyətdədir.

Hadisə yerində olan polis müstəntiqləri və partlayıcı texnika üzrə mütəxəssislər insidentin səbəbini araşdırmağa çalışır.

Milli.Az