Britaniyalı müğənni açılış mərasimində qalmaqal saldı – FOTO

14 İyun 2018 20:07

Britaniyalı müğənni Robbi Uilyamz Rusiyada futbol üzrə dünya çempionatının açılış mərasimində qalmaqal salıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki,  bu haqda "Lenta.ru" məlumat yayıb.

Müğənni "Lujniki" stadionunda çıxışı zamanı kamera qarşısında əl hərəkəti ilə nalayiq jest göstərib.

Uilyams Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında keçirilən matçdan əvvəl bir neçə hitini, o cümlədən "Rock DJ" mahnısını ifa edib

Milli.Az