Beşyaşlıların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb ediləcək

14 İyun 2018 19:43

Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında bildirilib.

2017-2018-ci tədris ilində məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, beşyaşlıların 65 faizi həddinə çatdırılıb.

Qeyd edək ki, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün beşyaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub.

Milli.Az