Yeni tədris ilində I sinfə 50 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır

14 İyun 2018 18:51

2018-2019-cu tədris ili üçün I sinfə mektebeqebul.edu.az saytı vasitəsilə 42 000-dən çox sorğu yerləşdirilib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, 39 000 nəfər ümumi təhsil məktəbini, 3 500 nəfər isə lisey və gimnaziyanı seçib. Bu, paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizinə yaxın göstəricidir.

2018-2019-cu tədris ilində I sinfə 50 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır.

Milli.Az