Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı

14 İyun 2018 17:41

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı 20 iyun saat 10:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-a verilən məlumata görə, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb.

Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.

Milli.Az