Maşını Roza qazanıb?

14 İyun 2018 16:47

ATV kanalında yayımlanan "Maşın" realiti şousunun qalibi müğənni Roza Zərgərli olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə saat bundan əvvəl Hüseyn Əzizoğlu və Roza Zərgərli arasında mübarizə sona çatıb. 

İddia olunur ki, yarışmada avtomobilə R. Zərgərli sahib olub. Həmçinin, bu gün baş tutacaq final gecəsi sabaha təxirə salınıb.  

Milli.Az