Sumqayıtda avtomobil aşdı: yaralılar var

14 İyun 2018 15:20

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində baş verib.

Belə ki, yüksək sürətlə  hərəkətdə olan 99-GR -620 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişini ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az