Dabo qərarını verdi

14 İyun 2018 15:43

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ" öz futbolçuları ilə danışıqları yekunlaşdırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son olaraq hücumçu Baqali Dabo komandada qalmağa razılıq verib.

Dmitri Bezotosnı, Ürfan Abbasov, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Aqil Məmmədov və Rasim Ramaldanovla yeni sözləşmə bağlayan "qırmızı-qaralar"da müqavilə müddəti başa çatanlardan yalnız Dabo qalmışdı. Fransalı forvardla danışıqlar müsbət məcrada keçib və Dabo "Qəbələ"də qalmağa razılıq verib. 30 yaşlı oyunçunun istirahətdən döndükdən sonra yeni sazişə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, hələlik yalnız Rauf Əliyevi heyətinə qatan "Qəbələ" Filip Ozobiç, Ruslan Qurbanov, Elvin Məmmədov, Dion Malon və Vitali Vernidubla yollarını ayırıb.

Milli.Az