Azərbaycanlı bombardir "Keşlə"də

14 İyun 2018 15:02

"Keşlə" klubu daha bir futbolçunu heyətinə qatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Amil Yunanovla güclənib. 26 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Amil Yunanov son mövsümdə Azərbaycan Premyer Liqasında 10 qol vurub və bombardirlik yarışında yalnız 13 dəfə fərqlənən "Qəbələ"nin forvardı Baqali Dabodan geri qalıb. Milli komandanın üzvü karyerası ərzində "Qəbələ" və "Rəvan"da da çıxış edib. 

"Keşlə" yay fasiləsində 9 futbolçu - Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz, Adrian Skarlatake, Sərtan Taşkın, Fuad Bayramov və Slavik Alxasovla müqaviləni yeniləyib. "Sumqayıt"dan ayrılan Azər Salahlını heyətinə qatan paytaxt klubu Pablo Podio, Qara Qarayev və Məqsəd İsayevlə yollarını ayırıb.

Milli.Az