Etiraf etdi - “Real”dan təklif alıbmış

14 İyun 2018 14:25

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Real"dan təklif alıbmış.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bunu Alleqri özü etiraf edib. O, "Real"ın prezidenti Florentino Peresin ona təklif göndərdiyini deyib:

"Real"ın prezidenti Florentino Peres mənimlə əlaqə qurmuşdu. O, mənə "Real"da işləməyi təklif etdi. Ancaq mən imtina etdim. Mənim gələcəyim "Yuventus"a bağlıdı".

"Real"ın yeni baş məşqçisi Xulen Lopeteqi olub.

Milli.Az