"Mançester Yunayted"də ayrılıq gözlənilir

14 İyun 2018 18:11

Antoni Marsial "Mançester Yunayted"i tərk etmək fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun meneceri Filipp Lamboli Fransa mətbuatına açıqlamasında bu barədə danışıb. 

"Antoni klubunu dəyişmək istəyir. Bunun üçün bir neçə səbəbi var, ancaq hələlik bu barədə danışmaq üçün tezdir. Marsial daha sonra gələcəyi barədə məsələlərə aydınlıq gətirəcək" - deyə, Lamboli bildirib.

Düşünürəm ki, əgər dünyanın ən güclü klubu hesab olunan "Mançester Yunayted" 8 aydır ki, müqavilə yeniləməklə bağlı yekun qərara gələ bilmirsə, deməli, sözügedən oyunçu onlar üçün önəmli deyil. Antoninin klubla müqaviləsi var, klubun qərarlarına hörmətlə yanaşır, üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Amma o, birmənalı şəkildə komandadan ayrılmaq istəyir. Bu, düşünülmüş qərardır"

Ötən mövsüm 30 matçda meydana çıxan Antoni Marsial 9 dəfə fərqlənmişdi.

Milli.Az