Marketdən çörək aldı, içindən mıx çıxdı - Bakıda - FOTO

15 İyun 2018 07:21

Bakıda marketdən alınan çörəyin içindən mıx çıxıb.

Milli.Az xəbər verir ki, şəkil sosial şəbəkədə paylaşılıb. Hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında yerləşən marketdə baş verib.

Bildirilir ki, çörək məhz sözügedən marketin özündə bişirilir.

Müştəri çörəyi yeyən zaman damağını, dişini zədələyib. (publika.az)

Milli.Az