Məşhur modelyer Selena Qomesi təhqir etdi: İtə oxşayır! - FOTO

14 İyun 2018 13:04

Məşhur italyan modelyer, "Dolce & Gabbana" brendinin banilərindən biri Stefano Qabbana amerikalı aktrisa və model, 25 yaşlı Selena Qomesi təhqir edib.

Milli.Az bildirir ki, 55 yaşlı modelyer İnstagram-da ən zövqlü geyinmiş məşhurların fotolarının yer aldığı "The Catwalk Italia" akkauntunda Selena Qomesin 5 fotosundan ibarət kollajını paylaşaraq "È proprio brutta!!!" ("O, elə eybəcərdir ki!!!!") yazıb. Sonra isə modelyer "Selena itə, Pomerans şpitsinə bənzəyir" yazıb.

Selena Qomesin fanatları və dostları onu müdafiə ediblər.

Aktrisa və müğənninin özü modelyerə cavab verməyib.

Milli.Az