“Çelsi”də yeni baş məşqçi - Yaxın saatlarda elan olunacaq

14 İyun 2018 11:24

"Çelsi"nin sahibi Roman Abramoviç baş məşqçi Antonio Konte ilə yolları ayırmaq barədə qəti qərar qəbul edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Abramoviç onun yerinə namizədi də müəyyənləşdirib. Konteni həmyerlisi əvəz edəcək. "Çelsi" "Napoli"nin sabiq baş məşqçisi Mauritsio Sarriyə tapşırılacaq.

Onunla prinsipial razılıq əldə edildiyi bildirilir. Yaxın saatlarda Sarrinin təyinatı ilə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Milli.Az