"Maşın" Roza Zərgərlinin evində - VİDEO

15 İyun 2018 02:30

"Maşın" şou iştirakçıların ailələrini ziyarət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar müğənni Roza Zərgərlinin evində qonaq olublar.

"Maşın" kollektivini ifaçının övladları və rəfiqəsi qarşılayıb.

Rozanın qızı anasının apardığı oyunu görəndə təəccübləndiyini bildirib:

"Əslində, həyatda anam elə qadın deyil. Hamıya inandır. Ona görə onun oyununu görəndə şoka düşdüm. Afərin. Anam udsa da, udmasa da, biz həmişə onun yanındayıq. Yaxşı ki, varsan. Biz sənsiz heç kimik".

Sənətçinin oğlu isə anasına müraciət edərək "Mama, dolu bak maşını sür, gəl" deyib.

Süjeti görən Zərgərli kövrəlib. O, övladlarının efir qarşısında sevgi etirafını ilk dəfə gördüyünü söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: