Traktorçunun ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı

14 İyun 2018 10:08

İmişli rayonunda qum-çınqıl karxanasında baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayonun Şahverdili kəndi ərazisində Hüseynov Eldar Abı oğluna məxsus qum-çınqıl karxanasında rayonun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlu idarə etdiyi traktorun idarəetməsini itirərək karxana ərazisindəki kanala aşırıb. Nəticədə F.Məmmədov kanalda boğulub ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az